Çin uşaqların smartfon istifadəsinə məhdudiyyətlər qoymağa hazırlaşır.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Qanun layihəsinə görə, uşaqlar gündə maksimum iki saat smartfondan istifadə edə biləcəklər. Belə ki, 16-18 yaş arası uşaqlar gündə 2 saat, 16 yaşından aşağı olanlar isə cəmi bir saat telefondan istifadə edə bilərlər. 8 yaşdan aşağı olan uşaqlar üçün nəzərdə tutulan vaxt  isə cəmi 8 dəqiqədir. Bundan əlavə, axsam 22:00-dan səhər saat 06:00-dək uşaqların internetə çıxışı dayandırılacaq.

Məlumata görə, Çində texnologiya nəhənglərinin səhmləri qanun layihəsinin gündəmə gəlməsi ilə ucuzlaşıb.

 

Gözəl Həşimova