Çində sənaye şirkətlərinin mənfəəti ilk 7 ayda 15,5 faiz azalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu (UIB) məlumat yayıb.

Bildirilib ki, Çində sənaye şirkətlərinin mənfəəti 2023-cü ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalıb.

Milli Statistika Bürosunun (UIB) məlumatına görə, yanvar-iyul aylarında illik dövriyyəsi 20 milyon yuandan (2,74 milyon dollar) çox olan sənaye müəssisələrinin ümumi mənfəəti 3,94 trilyon yuan (540 milyard dollar) təşkil edib.

Sözügedən dövrdə gəlirlilik əvvəlki ilə nisbətən yüzdə 15,5 azalıb. Mənfəət artımı 41 sənayedən 13-də qeydə alınıb. Ölkədə sənaye istehsalı iyulda 3,7 faiz artaraq gözləniləndən az olub.

Qeyd edək ki, Çində sənaye müəssisələrinin mənfəəti 2022-ci ildə də əvvəlki ilə nisbətən 4 faiz azalmışdı.