Çində  gənclər arasında işsizlik rekord səviyyədədir.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki,  bu barədə Çin Milli Statistika Bürosunun (UIB) yaydığı hesabatda qeyd olunub.

Hesabata əsasən ümumi işsizlik səviyyəsi sabit qalsa da, gənclər arasında işsizlik ötən ayla müqayisədə 20,4 faizlə rekord səviyyəni üstələyib.

Bundan başqa, infrastruktur, daşınmaz əmlak, maşın və avadanlıq xərcləri daxil olmaqla, əsas kapitala investisiyalar ilk beş ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz artsa da, ilk 4 aydakı 4,7 faiz artımın gerisində qalıb.

Dövlət sənaye müəssisələrinin əsas kapitala investisiyaları isə  illik müqayisədə 8,4 faiz artıb, özəl sektor müəssisələrininki 0,1 faiz azalıb.