İyun ayında Çində istehlak qiymətləri (İQİ indeksi) illik ifadədə mart ayından bəri ən aşağı səviyyəyə enib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Statistika İdarəsinin hesabatında deyilir.

Hesabat dövründə inflyasiya ardıcıl beşinci aydır ki, qeydə alınıb və may ayında 0,3%-lə müqayisədə yavaşlayıb.

Ötən ay qeyri-ərzaq məhsulları 0,8%, o cümlədən geyim 1,5% bahalaşıb. Tibbi xidmətlərin dəyəri 1,5%, təhsil xidmətlərinin qiyməti 1,7% artıb. Mənzil qiymətləri 0,2% artıb. Nəqliyyat xidmətləri 0,3% ucuzlaşıb.

Ərzaq və enerji istisna olmaqla istehlak qiymətləri keçən ay may ayında olduğu kimi illik müqayisədə 0,6% artıb.

Bununla yanaşı, Çində istehsalçı qiymətləri (ÜQİ) iyun ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,8% azalıb.

Yanvar-iyun aylarında 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici 2,1% azalıb.

 

Sadiq Cavadov