Çində soyuq hava dalğası səbəbindən rekord səviyədə aşağı temperatur ölçülüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Milli Meteorologiya Mərkəzi (NMC) məlumat yayıb. 

Belə ki, Heylongciang əyalətinin Mohi şəhərində havanın temperaturu 53 dərəcə şaxta təşkil edib. Bu indiyə qədər görülən ən aşağı temperatur kimi qeydə alınıb. 

Qeyd edək ki, Çində belə rekord 1969-cu ildə 52,3 dərəcə şaxta ilə qeydə alınmışdı.