"Dünya iqtisadiyyatı ABŞ-nin xarici sərmayələrə qoyduğu məhdudiyyətlər səbəbindən sarsılır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-nin digər ölkələrin iqtisadiyyatlarına investisiyalarını məhdudlaşdırmaq qərarı qlobal təchizat zəncirlərini ciddi şəkildə pozur. Bu qərar eyni zamanda, beynəlxalq ticari-iqtisadi nizama da mənfi təsir edir. Bildirilib ki, Ağ Evin belə bir qərarı ədalətli rəqabət qaydalarına ziddir.

 

Gözəl Həşimova