Belarus və Çin birgə antiterror təlimlərinə başlayıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

“Brestski poliqonunda Belarus və Çinin “Hücum edən Şahin” adlı birgə antiterror təliminin açılışı olub”, - məlumatda qeyd olunub.

Bildirilir ki, təlimlərdə gecə enişi, məskunlaşan ərazidə döyüş və su maneələrini dəf etmək üsulları ilə bağlı tapşırıqlar icra olunacaq.

Təlimlər iyulun 19-dək davam edəcək.

 

Sadiq Cavadov