Çinin kosmosa yerin məsafədən zondlama peyki göndərdiyi bildirilir.

İqtisadiyyat.az xəbər verir ki, Çinin Sinxua xəbər agentliyinin xəbərinə görə, peyk Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən “Long March 2C” raketi ilə kosmosa buraxılıb.

Bildirilib ki, peyk orbitə buraxıldıqdan sonra planlaşdırılmış orbit mövqeyində qərarlaşıb və bu, “Long March” raketləri ilə həyata keçirilən 464-cü uğurlu nəqliyyat missiyası olub.

Kosmosa buraxılan peykin adının xəbərlərdə yer almaması diqqət çəkib. Sözügedən peykin hərbi kəşfiyyat məqsədləri üçün istifadə edilən “Yaogan” sinifli peyk ola biləcəyi təxmin edilir.

Qeyd edək ki, “Yaogan” Çin dilində Uzaqdan zondlama deməkdir.