Hazırda Çində 1961-ci ildən bəri ən isti günlər müşahidə edilir.

İqtisadiyyat.az "CNN"ə istinadən xəbər verir ki, ölkədə son günlər temperatur 35 dərəcəyə qədər yüksəlib.

Məlumata görə, son 6 ayda ölkədə ən yüksək temperatur müşahidə edilir. Bu il Çində əvvəlki illərlə müqayisədə 4 daha təsirli isti hava dalğasının olduğu bildirilib. Ölkənin şimalında isə 200 milyondan çox insan bəzi günlərdə 40 dərəcəni keçən isti havadan əziyyət çəkir.