Çinin "China National Nuclear Corp" şirkəti Səudiyyə Ərəbistanına ölkənin şərq bölgəsində, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə yaxın ərazidə nüvə elektrik stansiyası tikməyi təklif edib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu barədə Çin rəsmiləri açıqlama yayıb.

Açıqlamaya görə, Çin nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq qaydalara riayət etməklə, mülki nüvə enerjisi sahəsində Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Səudiyyə rəsmiləri ABŞ-la danışıqların nəticəsiz qalacağı təqdirdə vəliəhd şahzadə Məhəmməd bin Salmanın yaxın gələcəkdə Çin şirkəti ilə əməkdaşlıq edəcəyini açıqlayıb. 

Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistanı öz ərazisində mülki nüvə proqramının yaradılması üçün ABŞ-a əməkdaşlıq təklif edib. 

Gülşən Şərif