Rusiya Çindən 100 ədəd zərbə PUA-ları alacaq.

İqtisadiyyat.az bildirir ki, bu barədə REUTERS məlumat yayıb. Bildirilir ki, Rusiya və Çinə aid “Xian Bingo İntelligent Aviation Technology” şirkəti arasında dronların alınması ilə bağlı danışıqlar gedir.

Qeyd edilir ki, 100 ədəd "ZT-180" dronu aprel ayında Rusiyaya təhvil veriləcək.