Çin gömrüyü Rusiyadan polad yarımfabrikatların tədarükünün üç dəfə artdığını bildirib.

İqtisadiyyat.az  xəbər verir ki, bu barədə “Vedomosti” Çinin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən xəbər yayıb.

Belə ki, polad yarımfabrikatların tədarükü üç dəfə artaraq 2,3 milyon tona çatıb.

2021-ci ildə isə ümumi ixrac 30,5 milyon ton olub.