Çinin müdafiə naziri Li Şanfu Rusiyaya səfər edəcək.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei bildirib. Məlumata görə, səfər aprelin 16-19-na planlaşdırılıb.

Səfər Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə baş tutacaq.

Qeyd olunub ki, Li Şanfu Rusiya Federasiyasına səfəri zamanı Rusiya ordusunun rəhbərliyi ilə danışıqlar aparacaq, həmçinin Rusiya hərbi təhsil müəssisələrinə baş çəkəcək.