Çin maqnit dəmir yolu qatarı texnologiyasını inkişaf etdirmək üçün inşa etdiyi sürətli qol tunelində ilk hərəkət sınaqlarını keçirib.

İqtisadiyyat.az xəbər verir ki, sınaqlar yanvarın 14-də Çin Aerokosmik Elm və Sənaye Korporasiyası (CASIC) tərəfindən ölkənin şimalındakı Şaansi əyalətinin Datonq şəhərində qurulan sürətli pətək tunelində həyata keçirilib.

Maqnit levitasiya texnologiyası ilə superkeçirici relslərə toxunmadan hərəkət edən nəqliyyat podları üç sınaq sürüşü zamanı saatda 50 kilometrə qədər gedib və bir dəfəyə 210 metr hərəkət edib.