Çin hakimiyyəti yeni koronavirus epidemiyası ilə əlaqədar ölkədə tətbiq edilən qabaqlayıcı məhdudlaşdırıcı tədbirləri yüngülləşdirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi bəyanat yayıb.

Belə ki, qərara əsasən karantin ərazi-inzibati vahidlər üzrə deyil, binalar, mənzillər, mərtəbələr və ev təsərrüfatları üzrə tətbiq ediləcək. Həmçinin simptomları olmayan COVID-19 olanlara evdə özünü təcrid etmək və ya könüllü mərkəzləşdirilmiş karantin arasında seçim etmək imkanı veriləcək.

Qeyd edək ki, Müvafiq qərar ölkənin iri şəhərlərində karantinə qarşı keçirilən kütləvi etirazlar fonunda qəbul edilib.

Məhəbbət Məmmədov