Çin iqtisadiyyatına birbaşa xarici investisiyalar bu ilin yanvar-may aylarında illik müqayisədə 28,2% azalaraq 412,51 milyard yuan (56,81 milyard dollar) təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumata görə, Çinə xarici investisiyalar ardıcıl 12-ci aydır ki, azalıb.

Hakimiyyət qeyd edir ki, investisiyaların azalmasına baxmayaraq, onların həcmi tarixi baxımdan hələ də çox yüksəkdir.

 

Gözəl Həşimova