“ByteDance”ın keçmiş icraçı direktoru Yingtao Yu Çin hakimiyyətini Honq Konq etirazçılarının TikTok hesablarına giriş əldə etməkdə ittiham edib.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Yu-nun sözlərinə görə, Çin hakimiyyəti istifadəçiləri sosial şəbəkəyə etirazla bağlı məzmun yükləyən hesabları izləyə və profil sahibləri haqqında şəxsi məlumatları əldə edə bilərdi. Onlar üçün sosial şəbəkədə başqalarının hesablarına baxa bilən “superuser” yaradılıb. İddialar San Fransisko Ali Məhkəməsində Yingtao Yu tərəfindən irəli sürülüb. “ByteDance” nümayəndələri artıq bu ittihamları rədd edərək, onları "əsassız" adlandırıblar.
Xatırladaq ki, 2014-cü ildən bəri Honq-Konqda hakimiyyətə qarşı "çətir hərəkatı" adlanan etirazlar keçirilir .