Çin gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku adaları ətrafındakı Yaponiya milli ərazi sularını pozduğu bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Okinavanın Naha qraflığında yerləşən 11-ci Dairə Sahil Mühafizəsi Qərargahı məlumat yayıb.

Məlumatda Çinin 4 sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozduğu açıqlanıb.

Çin gəmiləri mübahisəli Senkaku adaları bölgəsində Minamikojima və Uotsuri adaları yaxınlığında Yapon balıqçı gəmilərinə yaxınlaşıb.

Pozuntu sonrası bölgəyə sövq edilən Yaponiya Sahil Mühafizəsi ünsürləri , Çin gəmilərinə bölgəni tərk etmələri barədə xəbərdarlıq edib.