Çinin dövlət enerji şirkəti "China Three Gorges Renewables Group" 8 giqavat gücündə günəş elektrik stansiyası tikmək niyyətindədir.
İqtisadiyyat.az bu bardə "Electrec"ə istinadən xəbər verir.
Stansiya kompleks enerji layihəsi çərçivəsində tikiləcək. Günəş panelləri ilə yanaşı, ərazidə külək turbinləri, saatda 5 giqavat elektrik enerjisi anbarı və kömürlə işləyən istilik elektrik stansiyası da olacaq.
Tikinti işlərinin 2027-ci ilin iyununda başa çatdırılması gözlənilir.
Qeyd edək ki, dünya üzrə hazırda üç ən böyük günəş elektrik stansiyası da Çində yerləşir.
Gözəl Həşimova