İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumat yayıb.
Bu göstərici mart ayı ilə müqayisədə 3,4 faiz azdır.
Qeyd edək ki, martda son bir il yarım ərzində rekord həcmdə neft idxal edilmişdi. Lakin ötən ilin apreli ilə müqayisədə bu il idxal həcmi 7,5 faiz artıb.
Miqdar baxımından Çin ötən ay 48,06 milyon ton neft idxal edib ki, bu da təxminən 25,28 milyard dollar dəyərindədir. Müqayisə üçün, martda bu göstərici 51,41 milyon ton, 2024-cü ilin aprelində isə 44,72 milyon ton təşkil edib.
2025-ci ilin ilk dörd ayı ərzində Çinin ümumi neft idxalı 183 milyon tonu ötüb. Bu, gündəlik 11,13 milyon barelə bərabərdir və ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çoxdur. Bununla belə, neftə çəkilən xərclər 8,5 faiz azalıb — 109,63 milyard dollardan 100,36 milyard dollara düşüb.
Aprel ayında Çin 3,57 milyon ton neft məhsulu idxal edib. Bu, təxminən 2,1 milyard dollar dəyərindədir. Martla müqayisədə neft məhsullarının idxalı 17 faiz artsa da, ötən ilin aprel ayı ilə müqayisədə 30 faizdən çox azalıb. Yanvar-aprel aylarında Çin ümumilikdə 12,92 milyon ton neft məhsulu alıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25,6 faiz azdır.