Çində koronavirus epidemiyasında yeni infeksiya dalğası yaşanır.

İqtisadiyyat.az xəbər verir ki, Airfinity sağlamlıq məlumat xidmətləri və analiz şirkəti tərəfindən dərc edilən təhlilə əsasən, epidemiyanın ümumilikdə 112 milyon insanı əhatə etdiyi təxmin edilir.

Qış aylarında 1 milyarddan çox insanın yoluxduğu epidemiya ilə müqayisədə yeni epidemiya dalğasının daha məhdud yayıldığı müşahidə edilir.

Arfinity, epidemiyanın iyunun əvvəlində həftədə 11 milyon hadisə ilə pik həddinə çatacağını proqnozlaşdırsa da, bu, bir müddət əvvəl Çinli tənəffüs mütəxəssisi Cong Nanshan tərəfindən irəli sürülən həftədə 65 milyon hadisənin beşdə biri hesab olunur.

Bildirilib ki, təxminlər arasındakı fərq Airfinity modelində heç bir xəstəlik əlaməti göstərməyən halların cəminə daxil edilməməsi ilə bağlı ola bilər.

Digər tərəfdən, şirkət bu infeksiya dalğasında 629 min ölüm olacağını proqnozlaşdırır.

Şirkət qış aylarında böyük epidemiya dalğasında 1,3 milyondan 2,1 milyona qədər insanın öldüyünü bildirib.