Çin hakimiyyəti aviasiya sənayesində istifadə olunan texnologiyalar, proqram təminatı və avadanlıqların ixracına məhdudiyyətlər tətbiq edəcək.

İqtisadiyyat.az xarici KİV-lərə istinadən xəbər verir ki, Çin Xalq Respublikasının Ticarət Nazirliyi, Baş Gömrük İdarəsi və Mərkəzi Hərbi Komissiyasının birgə bəyanatına əsasən, ixrac məhdudiyyətləri iyulun 1-dən qüvvəyə minəcək.

Məhdudiyyətlər xüsusilə, təyyarə mühərriklərinə, qaz-turbin mühərriklərinə, eləcə də hərbi və aviasiya texnikasında istifadə olunan polietilen liflərə təsir edəcək.

Çin Ticarət Nazirliyi bu məhdudiyyətlərinin heç bir konkret ölkə və ya bölgəyə yönəlmədiyini qeyd edir.

Məhdudiyyətlərə məruz qalan məhsul və texnologiyaları ixrac etmək istəyən şirkətlər Ticarət Nazirliyindən icazə almalı olacaqlar.