Çində 5 fərqli bölgədə 11 yeni nüvə enerjisi reaktorunun tikintisinə başlanılır.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, inşa ediləcək 11 yeni reaktorun təxminən 220 milyard yuana (30,85 milyard dollar) başa gələcəyi təxmin edilir.

Qeyd edilib ki, Çin 2022-2023-cü illərdə 10 yeni reaktorun tikintisini təsdiqləyib.

Hazırda ölkədə 55 aktiv nüvə reaktoru var. Çin ABŞ və Fransadan sonra ən çox reaktora malik ölkədir.

 

Gözəl Həşimova