Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov İsrailə gedəcək.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı İsrailin "Ynet" portalı məlumat yayıb. Səfərin 29 martda olacağı qeyd edilib. Nazir Azərbaycanın İsraildəki səfirliyinin açılışında iştirak edəcək.

Ceyhun Bayramovun həmçinin İsrail Prezidenti İsaak Herzoq, Baş nazir Binyamin Netanyahu və xarici işlər naziri Eli Kohenlə görüşü gözlənilir.