Vaşinqtonda Azərbaycan və Ermənistan XİN başçıları arasında ikitərəfli görüş keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir Ermənsitan XİN başçısı Ararat Mirzoyanla görüş təşəbbüsünün ABŞ tərəfindən gəldiyini bildirib: "Azərbaycan da bu təşəbbüslə razılaşıb. Görüş yaxın zamanda baş tutacaq”.