Ötən il Çexiyada qaz istehlakı 1994-cü ildən bəri ən aşağı səviyyəyə enib.

Bu barədə İqtisadiyyat.az "CTK" agentliyinə istinadən xəbər verir.

Hesabat dövründə çex əhalisinin qaz istehlakı 7% azalaraq 7,1 milyard kubmetr təşkil edib. Məlumata görə, ev təsərrüfatları və müəssisələr tərəfindən qaz istehlakında azalma qeydə alınıb.

Bildirilib ki, respublikanın qaz anbarları tamamilə doludur.

 

Gözəl Həşimova