Ukrayna hakimiyyəti daha realist olmalı və münaqişə zamanı bəzi ərazilərin itirilməsini qəbul etməlidir.

İqtisadiyyat.az "The New York Times"a istinadən xəbər verir ki, bunu Çex REspublikasının Prezidenti Petr Pavel deyib.

“Ukrayna daha realist olmalıdır. Münaqişənin ən çox ehtimal olunan nəticəsi bəzi ərazilərin Rusiyanın nəzarətində qalması olacaq”, - deyə P.Pavel qeyd edib.

O eyni zamanda vurğulayıb ki, indi Kiyev və onun tərəfdarlarının reallıqla üzləşməli və müvafiq qərarlar qəbul etməl məqam yetişib.

Qedy edək ki, avqustun 22-də Çexiya prezidenti Petr Pavel Ukrayna lideri Volodimir Zelenskinin Ukrayna üçün “ədalətli dünya” əldə etmək mümkünlüyü ideyasını illüziya adlandırıb.