Azərbaycan bu ilin yanvar-may aylarında Çexiyaya 381.8 milyon dollar dəyərində 608.5 milyon ton neft ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 221,3 milyon dollar və ya 2,3 dəfə çoxdur.

Çexiyaya neft ixracının həcmi isə illik müqayisədə 2.4 dəfə çoxdur.