Çexiya və ABŞ 24 ədəd "F-35" səsdən sürətli döyüş təyyarəsi almağa dair razılığa gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "CTK" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, sənədi respublikanın müdafiə naziri Yana Çernoxova və ABŞ-nin Çexiyadakı səfiri Bijan Sabet imzalayıblar.

Müqavilənin ümumi xərcləri 6,5 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, qırıcı təyyarələrin alınmasına Çexiya hökuməti ötən ilin sentyabrında razılıq verib.

 

Əli Ağayev