60 yaşını qeyd edən brend xatirə saatını bazara çıxardı
DS konsepsiyası əlverişli qiymətləri saxlayaraq İsveçrə saatlarını daha etibarlı və suya davamlı etməklə irəliyə doğru böyük bir addım ataraq Certinanı daha da məşhur etdi. Brend 60 yaşını qeyd edərkən xatirə saatını bazara çıxardı. Yeni Certina DS1 Big Date 60-cı ildönümünə həsr olunmuş modeli və onun üslubu, mexanizmi və münasib qiymət kombinasiyası ilə tanış olun.
CERTINA DS1 BIG Date 60-cı İLDÖNÜMÜ
Certina DS konsepsiyasının doğum gününü sadə bir tərzdə qeyd edir. Certina DS-1 Big Date 60-cı ildönümü saatının qiyməti şık, möhkəm və etibarlı bir saat üçün həqiqətən də əlverişlidir. Çünki möhkəm və nisbətən ucuz olmasına baxmayaraq bu saatın görünüşü də heyrətamizdir.
Keçid rəngli sferblata dərin və dinamik xarici görünüş qatan xoş yaşıl rəng və günəş işiğı verilib. Zəngin heyrətamiz rəng tətbiq olunan saat indeksləri mükəmməl bir şəkildə vurğulanır. Daha sonra isə hamar səthin saatın zərifliyini vurğuladığını qeyd etmək olar. Saat 6-da böyük cüt pəncərə şəklində olan böyük tarix olduqca aydın görünür. Bu yeni modelin ümumi keyfiyyətini təsdiqləyən daha bir fakt onun tac vasitəsilə çox sadə şəkildə idarə oluna bilən və asan tənzimlənməsidir. Polad korpusun diametri 41 mm-dir və 100m / 10 atmosfer təzyiqə qədər suya davamlıdır. Bu saatın mexanizminin 80 saatadək güc ehtiyatı var.
Brend üçün dəyərli olan ikiqat təhlükəsizlik, modelin konsepsiyasında özünü göstərir. Korpusun həddindən artıq möhkəmliyi, sındırılmayan sapfir şüşəsi və çıxıntılı korpus qapağı orijinal saatın Himalay zirvələrindən okeanın dərinliklərinə qədər ən sərt təbiət şərtlərinə tab gətirməyə imkan verən mürəkkəb birləşmə sistemi ilə təchiz olunmuşdur.
Xüsusi buraxılış
Siferblatdakı yazılar ən son keyfiyyətli toxunuşu təmin edir. Yaşıl fonda mükəmməl şəkildə fərqlənən ənənəvi Certina loqosundan fərqli olaraq, böyük tarixin üzərində yerləşən “DS-1” işarəsinin altında “Güclü-mexanizm 80” və “Xüsusi Buraxılış” yazısı bunun olduqca xüsusi bir saat olduğunu təsdiqləyir. Korpusun arxa tərəfindəki gümüşü cilalanmış Certina loqosu ilə birlikdə “60-cı ildönümü” oyması da bu ümumi müsbət təəssürata öz tövfəsini verir.
Son olaraq, torlu Milan bilərziyi də zəriflik və incəliyin işarəsidir. İstifadəçilər üçün paslanmayan poladdan olan kəpənək qatlanan bənd olduqca rahat və incədir. Saatı rəsmi və ekskluziv distributor VMF-in mağazalarından 1790 manata əldə edə bilərsiniz.