İqtisadiyyat.az xəbər verir ki, bir neçə xüsusi texnika kolonları hazırda etirazçıların əsas binaya daxil olmağa çalışdığı Milli Assambleya binasına doğru hərəkət edib.
Seul səmasında həmçinin helikopterlər də müşahidə edilib.
Bildirilir ki, zabitlər bütün batalyonlara döyüş hazırlığı vəziyyətində olmağı əmr ediblər.
Cənubi Koreya prezidenti Yun Sok Yol çərşənbə axşamı ölkədə hərbi vəziyyət elan edib. Dövlət başçısı bu qərarın Şimali Koreya tərəfdarlarını məhv etmək və azad konstitusiya quruluşunu qorumaq məqsədi ilə qəbul edildiyini bildirib.
Ötən gecə prezident təcili iclas keçirərək, ona qarşı impiçment proseduru cəhdlərinin hakimiyyətin iflici ilə nəticələnə biləcəyi barədə bəyanat verib.
"Yonhap" xəbər agentliyinə görə, məhz bu səbəbdən ölkədə hərbi vəziyyət elan edilib.
Cənubi Koreya Müdafiə Nazirliyi də hərbi rəhbərliyin yüksək rütbəli nümayəndələri ilə iclas çağırıb və qeyri-sabitlik fonunda ayıq-sayıqlığın artırılmasını tələb edib.
Bundan əvvəl Cənubi Koreyada bütün media orqanlarına nəzarətin tətbiq olunacağı elan edilmişdi.
📍🇰🇷 Retrato desolador de la resistencia y la tensión en el corazón de #CoreaDelSur
— Sepa Más (@Sepa_mass) December 3, 2024
Las calles de Seúl están desiertas, solo circula maquinaria pesada. pic.twitter.com/wS1jcDzmtP