Son 24 saat ərzində Cənubi Koreyada koronavirusa yoluxanların sayı açıqlanıb.
“RİA Novosti” xəbər verir ki, sutka ərzində bu ölkədə infeksiyasından ölüm halı qeydə alınmayıb.
COVID-19 üçün götürülən analiz nümunələrinin isə 62-si müsbət çıxıb.
Bununla da ölkədə ümumilikdə 12 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 364 nəfər müalicə olunaraq sağalıb.