Cənubi Koreya Prezidenti Yoon Suk Yeol ABŞ-a səfər edəcək.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, səfər 24-29 aprel tarixlərində baş tutacaq.

Aprelin 26-da Koreya prezidenti ABŞ lideri Co Bayden ilə "Ağ Ev"də bir araya gələcək.