Cənubi Koreya Polşadan kamikadze pilotsuz uçuş aparatları (PUA) almağı planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, oktyabrın 2-dən 6-dək keçiriləcək “Korea Army International Defense Exibitioan-Kadex 2024” sərgisi zamanı Polşadan qanadlarının açıqlığı 1,5 metrdən çox olan kamikadze PUA-ların tədarükü üçün müqavilə imzalanacaq.

Onların bir saata qədər havada qala bildiyi, istifadə diapazonunun isə 30 kilometrə yaxın olduğu qeyd edilir.

2024-cü ildə Cənubi Koreyaya 200-ə yaxın “Warmate” adlanan PUA-ların, sonrakı illərdə isə daha bir neçə yüz ədədin çatdırılması gözlənilir.

Bir PUA-nın qiyməti təxminən 150 min zloti (təxminən 39 min dollar) təşkil edir.

 

Sadiq Cavadov