Cənubi Koreya bu il 40 ədəd KF-21 "Boramae" döyüş təyyarəsi istehsal edəcək. Bunun üçün ölkənin müdafiə büdcəsindən 178,6 milyon dollar xərclənəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyi məlumat yayıb.

“Korea Aerospace Industries” tərəfindən istehsal ediləcək təyyarənin mühəndislik və istehsal mərhələsi 2026-cı ildə tamamlanacaq. “KF-21”lərin Hərbi Hava Qüvvələrində “F-4” və “F-5” donanmalarını əvəz edəcəyi gözlənilir. Əsas məqsəd 2032-ci ilə qədər ümumilikdə 120 “Boramae” təyyarəsinə sahib olmaqdır.

Prototiplərin uçuş, yer və digər sınaqları 2028-ci ilə qədər davam edəcək. Elə həmin il Cənubi Koreya Hərbi Hava Qüvvələrinin də ilk “KF-21” sifarişlərini yerinə yetirməsi gözlənilir.