Cənubi Avropanın 45%-dən çoxu bu ilin əvvəlindən bəri quraqlıqdan təsirlənib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Quraqlıq Rəsədxanasının (EDO) rəsmi saytındakı hesabatda deyilir.

2024-cü ilin yanvar və fevral aylarında Aralıq dənizi regionunda quraqlıq baş verib, Avropanın cənubunda və Şimali Afrikada orta səviyyədən aşağı yağıntılar müşahidə edilib.

10 fevral tarixinə qədər torpaqların 2,8%-i ən yüksək quruluq səviyyəsinə çatıb. Vəziyyət yanvar ayının sonundan bəri daha da pisləşib.

 

Gözəl Həşimova