Xəbər verdiyimiz kimi, bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilir. 
İqtisadiyyat.az xəbər verir ki, “Cənub Qaz Dəhlizi”nin hardan başlayıb harda bitməsi, daxilində hansı məhşur kəmərlərin olması, potensialı hazırda xüsusi əhəmiyyət daşıyır. Bu barədə danışan İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, Azərbaycanın bir neçə qaz ehtiyatlarının Avropaya çatdırılması üçün istifadə olunan “Cənub Qaz Dəhlizi” özündə 4 layihəni birləşdirir:
1.    “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi;
2.    Cənub Qafqaz boru kəmərinin(SCP)  genişləndilirməsi;
3.    Trans-Anadolu boru kəməri (TANAP) layihəsi;
4.    Trans-Adriatik boru kəməri (TAP) layihəsi.