Bu gün UEFA Çempionlar Liqasında 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü atılacaq.

İqtisadiyyat.az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

1/8 finalın qalibi olan 8 komanda bu dəfə səbətlərə bölünməyəcək və açıq püşk yolu ilə seçiləcək. Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olacaq, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gələcək.

Püşkatmada aşağıda adları qeyd olunan komandalar iştirak edəcəklər:

“Bayern Münhen” (Almaniya)

“Benfika” (Portuqaliya)

“Çelsi” (İngiltərə)

“İnter” (İtaliya)

“Mançester Siti” (İngiltərə)

“Milan” (İtaliya)

“Napoli” (İtaliya)

“Real Madrid” (İspaniya)

Qeyd edək ki, 1/4 finalın oyunları 11-12 aprel və 18-19 aprel, 1/2 finalın matçları 9-10 may və 16-17 may, final görüşü isə 10 iyunda keçiriləcək.