UEFA Çempionlar Liqasında penaltilərə gedən matçda "Mançester Siti"ni məğlub edən "Real Madrid" yarımfinala yüksəlib.

"Real Madrid"in ardıcıl 4-cü dəfə Çempionlar Liqasının yarımfinalına yüksəldiyi matçda İspaniya komandasının qapıçısı Andriy Lunin gecəyə damğa vurub.

Bernardo Silva və Mateo Kovaçiçin penaltilərini dəf edən Lunin daha əvvəl Silvanın penaltisini işlədiklərini bildirib.

İqtisadiyyat.az "Marca"ya istinadən xəbər verir ki, Lunin matçdan əvvəl penalti zərbəsini ortaya vurma ehtimalı olan 3 nəfərin olduğunu və bu adlar arasından seçim etdiklərini bildirib.

Lunin, "Qapıçı məşqçiləri ilə birlikdə hazırlaşdıq və ortada qalıb-qalmamaqda tərəddüd etdiyimiz 3 futbolçu var idi. 5 penaltidə də ortada qala bilməyəcəyiniz üçün yalnız birini seçdik" deyə bildirib.

"Real Madrid"in köməkçi məşqçilərindən David Ançelotti bildirib ki, penaltilərdən əvvəl atıcıları müəyyən etdikdən sonra Karlo Ançelotti ilə məsləhətləşib və komandanın digər qapıçısı Kepadan kömək istəyiblər.