Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
İqtisadiyyat.az xəbər verir ki, turnirin son qalibi "Real" İngiltərədə "Çelsi"nin qonağı olub. 2:0 hesablı qələbə qazanan Madrid təmsilçisi adını yarımfinala yazdırıb.
"Milan" isə "Napoli" ilə səfərdə heç-heçə edib və iki oyunun nəticəsinə görə mərhələ adlayan tərəf olub.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
Çelsi (İngiltərə) - Real (İspaniya) - 0:2
Qollar: Rodriqo, 58, 80
İlk oyun - 0:2
Napoli (İtaliya) - Milan (İtaliya) - 1:1
Qollar: V.Osimhen, 90+3 - O.Jiru, 43
İlk oyun - 0:1