"Çelsi” komandasının yeni baş məşqçisi məlum olub.

İqtisadiyyat.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi postu Maurisio Poçettinoya tapşırılıb.

Argentinalı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb.

Poçettino son olaraq 2021/2022 mövsümündə Fransanın PSJ komandasını çalışdırıb. O, London klubunda Frenk Lempardı əvəz edib.