İngiltərə (Premyer Liqa), İspaniya (La Liqa), İtaliya (Seria A), Almaniya (Bundesliqa) və Fransa (Liqa 1) kimi Avropa futbolunun aparıcı liqalarında aralıq transfer dövrü başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, rus iş adamı Roman Abramoviçin keçən il Todd Boehlinin rəhbərlik etdiyi konsorsiuma satdığı "Çelsi" qış transfer mövsümündə ən çox pul xərcləyən komandalar arasında lider olub.

Klub əl dəyişdirdikdən sonra Tomas Tuxellə əvəzlənən Qrem Potterin rəhbərliyi altında gözləntiləri doğrulda bilməyən "Çelsi" heyətini gücləndirmək üçün kisənin ağzını açıb.

Premyer Liqanın 21-ci həftəsindən sonra zirvədən 21 xal geridə qalan 10-cu pillədə olan London komandası transfer və ya icarəyə götürdüyü 8 ad üçün 329,5 milyon avroya sahibdir.

 "Transfermarkt"ın məlumatına görə, "Çelsi" Enso Fernandes üçün "Benfika"ya 121, Mixaylo Mudrik üçün "Şaxtyor"a 70, Benoit Badiaşile üçün "Monako"ya 38, Noni Madueke üçün PSV-yə 35, Malo Qusto üçün "Olimpik Lion"a 30 və Andrey Santos üçün "Vasko da Qama"ya 12,5, David Datro Fofana üçün "Molde"yə 12 və Joau Feliks (icarə) üçün Atletico Madridə 11 milyon avro ödəyib.

Yanvarda ən çox pul xərcləyən 10 Avropa klubundan 9-u İngiltərə Premyer Liqasında çıxış edir. Ən yaxın rəqibindən 5 dəfə çox transfer xərci olan "Çelsi"ni "Sauthempton" və "Arsenal" izləyir.

 İngiltərədə liqada qalmaq üçün mübarizə aparan "Sauthempton" 63,25 milyon avro, tabloda lider olan "Arsenal" isə 60,3 milyon avronu gözdən çıxarıb.

 İlk 10-luqda yer alan yeganə Fransa klubu “Olimpik Marsel” 40 milyon avro xərcləyərək 8-ci yerdə qərarlaşıb.

"Fənərbaxça"nın Spor Toto Super Liqada transfer müddətinə 8 gün qalmasına baxmayaraq, 13,95 milyon avro ilə siyahının 18-ci pilləsində olması da diqqət çəkir.

 

 2022-2023 qış transfer dövründə ən çox pul xərcləyən 10 Avropa klubu aşağıdakılardır:

   Klub                        Ölkə            Xərc(avro)

 1 Çelsi                      İngiltərə     329,5 milyon

 2 Sauthempton      İngiltərə      63,25 milyon

 3 Arsenal                 İngiltərə      60,3 milyon

 4 Bornmut               İngiltərə       56,2 milyon

 5 Nyukasl                İngiltərə        49,35 milyon

 6. Liverpul               İngiltərə         42 milyon

 7 Lids                       İngiltərə         41,2 milyon

 8 Marsel                   Fransa           40 milyon

 9 Vulverhempton    İngiltərə          38,5 milyon

 10 Leiçester             İngiltərə         31 milyon