İngiltərə Premyer Liqasındakı pis nəticələrdən sonra Qrem Potterlə yollarını ayıran və keçmiş baş məşqçi Frenk Lempardla anlaşan "Çelsi"nin keçmiş menecerlərinə ödədiyi məbləğ bəlli olub.

İqtisadiyyat.az xəbər verir ki, Roman Abramoviçin dönəmində klub direktoru və vitse-prezident vəzifələrində çalışmış Marina Qranovskayaya 35 milyon funt-sterlinq maaş verilib.

Klub idarəçilərindən Brüs Bakın da aralarında olduğu şəxslərə ümumilikdə 15 milyon funt-sterlinq maaş ödənilib.

Daha əvvəl 2021/22 mövsümündə 234 milyon funt sterlinq zərər verdiyini bildirən "Çelsi" Premyer Liqada cəmi 1 milyard avrodan çox zərərə çatan ilk komanda olmuşdu.