İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, "Çelsi" "Lion" klubundan sağ cinah müdafiəçisi Malo Qusto ilə müqavilə imzalayıb. Malo Qusto mövsümün sonuna kimi icarə əsasında "Lion" klubunda oynayacaq. İyun ayında isə "zadəgan"ların heyətinə qoşulacaq. 

"Çelsi" futbolçu üçün qarşı tərəfə əlavələrlə birlikdə 30 milyon avro ödəyəcək. Müqavilə 2030-cu ilədək nəzərdə tutulub.