"Çelsi" "Palmeyras"ın futbolçusu Estevao Villianı transfer etmək istəyir.

İqtisadiyyat.az xəbər verir ki, "zadəganlar" 16 yaşlı yarımmüdafiəçi üçün 60 milyon avro ödəməyə hazırdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

London klubu bonuslarla birlikdə bu məbləği ödəməyə hazırdır. "Palmeyras" təklifə müsbət yanaşır.

Villian bu mövsüm 12 oyunda 5 qol vurub, 3 məhsuldar ötürmə edib.