Cəlilabad rayonunda 6 sututarda (su anbarında) təmir-bərpa işlərinə ayrılan vəsaitin həcmi açıqlanıb.

İqtisadiyyat.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyətindən məlumat əldə edib.

Belə ki, Hamarqışlaq, Sarıqaya, Privolnoye, Uzuntəpə-1, Uzuntəpə-2 və Ocaqlı sututarlarının təmir-bərpasına 2 292 460,67 manat sərf olunacaq.

Qurum təmir-bərpa işlərini "Euroline" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və şirkətlə yuxarıda qeyd olunan məbləğ dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, sututarların təmir və bərpa olunmasında məqsəd əkin sahələrinin su təminatının yaxşılaşdırılmasıdır.

Xatırladaq ki, hazırda rayon ərazisində ümumi tutumu 28,5 milyon kubmetr olan 20 sututar mövcuddur.