Cəbrayıl rayonunun Çullu kəndində insan sümükləri tapılıb.

İki gün əvvəl kənd ərazisində yer səthinin 3-5 santimetrliyində 2 ədəd kəllə və 2 ədəd alt çənə sümüyü olmaqla insana məxsus olan ümumilikdə 21 ədəd sümük və 1 ədəd əl qumbarası aşkar edilib.

Məlumata görə, yaxınlıqda insan skeletinin digər hissələrinə rast gəlinməyib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalara başlanılıb.