Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məcburi köçkün ailələrinin müxtəlif ərazilərdən Cəbrayıl rayonuna köçürülməsi ilə bağlı tender elan edib.

İqtisadiyyat.az xəbər verir ki, tender sərnişin və yük daşımaları ilə əlaqədardır.

Belə ki, daşımalar Bakı, Sumqayıt, Biləsuvar, Sabirabad, Şirvan, Hacıqabul, Saatlı, İsmayıllı, Şabran, Beyləqan, Mingəçevir, İmişli, Masallı, Gəncə, Göygöl, Salyan, Kürdəmir, Cəlilabad, Şəki, Zaqatala, Xaçmaz, Qazax, Şəmkir və Şamaxıdan həyata keçiriləcək.

Dövlət Komitəsi qeyd olunan ərazilərdən Cəbrayıl şəhəri, Şükürbəyli və Horovlu kəndlərinə sərnişin və yük daşıma xidmətinin 1,6 milyon manata başa gələcəyini ehtimal edir.

Xatırladaq ki, Cəbrayıla ilk köç cari ilin ikinci yarımilinə nəzərdə tutulub.