Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Entoni Blinkenlə F-16-ların Türkiyəyə göndərilməsi müzakirə edib.

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Çavuşoğlu mətbuat konfransı zamanı danışıb. O, Blinkenlə həmçinin  İsveçin NATO-ya üzvlük prosesini müzakirə etdiklərini deyib.

O qeyd edib ki, İsveçin NATO-ya daxil olması üçün terrorla mübarizədə əlavə addımlar atması zəruridir.