Türkiyə Cumhuriyyət tarixinin ikinci yüz ilini türk dünyası əsrinə çevirmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, ölkəsi türk dünyasının daha da güclü olmasını istəyir.

Çavuşoğlu, Türkiyənin Azərbaycan və Türkmənistan ilə birlikdə Avropanın enerji təhlükəsizliyində vacib rol oynamağa başlayıb.

“Biz türk dünyasının daha da güclü olmasını istəyirik. Türk dünyası artıq öz etibarını bərpa edib. Biz heç kimlə rəqabət aparmırıq, amma qardaşlığımız və türk dünyasının beynəlxalq aləmdə yeri daha güclü olmalıdır”, - deyə nazir vurğulayıb.